“Neftçi”nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 46 yaşlı mütəxəssis yenidən paytaxt təmsilçisini çalışdıracağı üçün məmnun olduğunu bildirib:
“Hisslərimi ifadə etmək çox çətindir. Sanki “Neftçi”dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. “Neftçi”yə qayıtdığım üçün çox xoşbəxtəm”.
Abasov məqsədlərinin böyük olduğunu deyib:
“Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs “Neftçi”nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq “Neftçi” ilə döyünür. “Neftçi”ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür”.