“Neftçi”nin legioneri millidə dubl etdi

“Neftçi”nin futbolçusu Kilan Lebonun formasını geyindiyi Sent Martin millisi Şimali və Mərkəzi Amerika KONKAKAF Millətlər Liqasında növbəti oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə Sent Lusiya ilə qarşılaşıb. Matç Sent Martinin qələbəsiylə başa çatıb – 4:0.

Lebon bu görüşün iştirakçısı olub. O, qələbəyə iki qolla töhfə verib.

Sent Martin yığması B Liqasının B qrupunda 4 turdan sonra 3 xalla sonuncu sıradadır. Sent Lusiya 9 xalla lider, Kurasao isə 7 xalla ikinci pillədədir. Qrenada seçməsi 4 xalla 3-cü sıranı tutub.