Ferqyuson “Mançester Yunayted”dən ayrılacaq

“Mançester Yunayted”də klubun səfiri olan Aleks Ferqyuson mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barəəd İngiltərə mətbuatı məlumat yayıb. “Mançester Yunayted” rəhbərliyi maliyyə xərclərini azaltmaq üçün bu addımı atıb.

Ferqyuson məşqçi kimi 1987-2013-cü illərdə “qırmızı şeytanlar”a rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 2 dəfə Çempionlar Liqasını, 13 dəfə isə Premyer Liqanı qazanıb.