“Neftçi”dən inamlı qələbə, “Sabah”dan heç-heçə

AFFA U-16 Liqasında IX turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, “Neftçi”nin U-16 komandası “Mübariz”i məğlub edib. “Sabah” – “Sumqayıt” görüşündə isə qalib müəyyənləşməyib.

“Şamaxı” – “Kəpəz” – 1:5
Qollar: Ümüd Ağasarılı, 90+2 – Ülvü Məmmədov, 7, 80, Hüseyn Əhmədov, 21, Hüseyn Yusifov, 63, 90

“Dinamo” – “Lion” – 0:2
Qollar: İsmayıl Rzayev, 4 (pen.), Murad Məmmədov, 66

“Zirə” – EFA – 0:1
Qol: Sadiq Nəcəfli, 23

“Mübariz” – “Neftçi” – 0:3
Qollar: Kənan Mərdanov, 8, Ayxan Hüseynov, 15, Xəzər Nağızadə, 40

“Sabah” – “Sumqayıt” – 1:1
Qollar: Rəvan Quliyev, 85 – Əli Cəlilzadə, 53

“Səbail” – ASTA – 3:1
Qollar: Seyidrza Ramazanov, 19, Mail Kazımov, 53, 75 – Elxan Rəhimov, 28

Qeyd: “Turan Tovuz” – UFA oyunu baş tutmayıb.