Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayevin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı vinger “Qaradağ Lökbatan”la müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Abdullayevlə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Son klubu “Zirə” olan Abdullayev daha əvvəl “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərədə “Everton”, Türkiyədə “Boluspor”, Kiprdə “Anortosis”, “Etnikos”, Kosovoda “Lapi”də forma geyinib. Araz millidə 44 oyunda 3 qol vurub.