Masallıdan Barselonaya

“Masallı” klubunun yetirməsi, 2009-cu il təvəllüdlü Kiçikbəyov Əli İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” futbol akademiyasına transfer olub.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əli Kiçikbəyov 2023/2024 mövsümündə “Turan Tovuz”a keçib. O, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, futbolçu seçimləri zamanı ispanların diqqətini çəkib. 

Əlinin də aralarında olduğu 15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər.