Millinin futbolçusu: “Azlıqda qalandan sonra…”

Azərbaycan millisinin futbolçusu Qismət Alıyev UEFA Millətlər Liqasında Slovakiyaya uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “CBC Sport”a danışan müdafiəçi 1:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Bizi çətin oyun gözlədiyini bilirdik. Estoniyaya məğlubiyyətdən sonra toparlanmışdıq. Rəqibin keyfiyyətli futbolçuları var idi, ilk hissədə geri düşsək də, hesabı bərabərləşdirə bildik. Ancaq xırda səhvlər məğlubiyyətə gətirdi.

Qırmızı vərəqənin də təsirləri oldu. Azlıqda qalandan sonra müdafiəyəmeyilli oynadıq və qollar buraxdıq”.