“Real”ın sabiq futbolçusu Fernando Qaqo Argentinada işləyəcək.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı mütəxəssis “Boka Xuniors”a baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qaqo 2007-2012-ci illərdə “Real”da forma geyinib.