“Barselona” Yamalın son durumunu açıqladı

İspaniya millisinin düşərgəsində zədə alan Lamin Yamalın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın düşərgəsinə qayıdan vingerin bud nahiyəsində əzələ gərginliyi aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Laminin bərpa müddəti hələ məlum deyil. Onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.