Millətlər Liqası: 1/4 finala vəsiqə təmin edildi

Almaniya millisi UEFA Millətlər Liqasında IV turda Niderlandı məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, qrupda 10 xalla birinci sırada olan “bundestim” liderliyi və pley-offa vəsiqəni təmin edib.

Almaniya yığması qarşıdakı iki turda uduzsa belə, ikinci yeri tutacaq və ən pis halda 1/4 finala yüksələcək.

Niderland və Macarıstanın isə hərəyə 5 xalı var. Bosniya yığması isə qrupda 1 xalla sonuncudur.