“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə danışıqları aparır.
Futbolpress.az xəbər verir ki, mütəxəssis gələn mövsümdə də “şəhərlilər”ə rəhbərlik edə bilər. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Klub mütəxəssislə uzunmüddətli müqavilə imzalamaq istəyir. Lakin Qvardiola ən yaxşı halda bir illik sözləşməyə qol çəkəcəyini bildirib.
İspaniyalı məşqçi 2016-cı ildən komandaya rəhbərlik edir. Onun müqaviləsi bu mövsümün sonuna qədərdir.