Mahir Emreli və Şkrinyar

“Sofascore” portalı UEFA Millətlər Liqasının Azərbaycan – Slovakiya oyununda (1:3) komandaların performansını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin ümumi çıxışı 6,57 xalla dəyərləndirib. Qalib Slovakiyanın performansı isə 6,98 balla qiymətləndirilib.

Matçın ən zəif oyunçusu azərbaycanlı hücumçu Mahir Emreli olub. Forvardın ikinci hissədə qırmızı vərəqə alması balın aşağı düşməsinə(5,7) səbəb olub. Qapıçı Mehdi Cənnətovun performansı isə 5,8 balla dəyərləndirilib.

Millini yeganə qolunun ötürməsini edən Ramil Şeydayev isə yığmada ən yüksək qiyməti alıb – 7,4.

Slovakiya millisində isə müdafiəçi Milan Şkrinyarın çıxışı yüksək dəyərləndirilib – 7,4.