Soyadını da dəyişdin, azrep əhlinin tərzində ifadə etsək, qlobala da çıxdın. Bəs bizim futbol həvəskarlarımız nə vaxt səndən kam alacaq, Mahir?
Slovakiyaya 1:3 hesablı məğlubiyyətin səbəbindən danışarkən, “oyunun qırılma nöqtəsi azlıqda qalmağımız oldu” – deyib Santuş. Niyə belə bəhanələrə səbəb verirsən, Mahir?
Bir nəfər feysbukda yazmışdı ki, Mahir Emreli oyunda üç dəfə topa toxundu, onun ikisində “sarı” aldı.
Dərdimizi kimə sarı deyib təskinlik tapaq, Mahir?
Niyə beləsən?
Neçə ildir gözləyirik, səndən bir şey çıxmadı. Səndən gözləntilərimizi şişirdənlərə lənət, Mahir.
Kamil Əhməd