UEFA Millətlər Liqasında bu gün keçirilməli olan İslandiya – Türkiyə oyunu təxirə salına bilər.
Futbolpress.az xəbər verir ki, buna səbəb oyunun ev sahibliyini edəcək “Lauqardalsvöllur” stadionunun donma təhlükəsi ilə üz-üzə olmasıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İslandiyada oyun vaxtı temperatorun mənfi 3 dərəcəyə enməsi gözlənilir.
Arenada isitmə sistemi olmadığı üçün donma təhlükəsi var. Oyunla bağlı yekun qərarı UEFA verəcək.
İslandiya – Türkiyə oyunu saat 22:45-də keçirilməlidir.