Qvardiola ÇL-də hansı komandaya rəqib olmaq istəmir?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında qarşılaşmaq istəmədiyi komandanın adını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Barselona”ya rəqib olmaq istəmədiyini söyləyib:

“Kiminlə qarşılaşmaq istəməzdim? Yəqin ki, “Barselona”. Çünki bu komandaya qarşı xüsusi sevgim var”.

“Mançester Siti” Çempionlar Liqasında 2 turdan sonra 4 xal toplayıb.