PSV-nin futbolçusu Serjinyo Dest açıqlama verib.
Futbolpress.az xəbər verir ki, ötən mövsüm “Barselona”da çıxış edən cinah müdafiəçisi kataloniyalıların keçmiş baş məşqçisi Xavi ilə münasibətindən danışıb:
“Xavi ilə meydanda gücümü göstərə bilmirdim. Hiss edirdim ki, mənim işimi məhdudlaşdırır. Hücum tərəfim daha yaxşı olsa da, məni irəli getməyə qoymurdu. Xavi mənə qarşı dürüst olmadı. Ötən mövsümün sonunda dedi ki, getmə, sənə ehtiyacım var. Amma istirahətdən qayıdandan sonra getməli olduğumu dedi”.