Polşa millisinin hücumçusu Robert Levandovski UEFA Millətlər Liqasında Portuqaliyaya uduzduqları oyundan (1:3) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, forvard şəxsi performansı haqda bunları deyib:
“Mən yarımmüdafiəçi deyiləm. Geriyə gəlib, top almaq mənim işim deyil. Bəlkə, bunu məşqlərdə edirəm, amma oyunlarda başqadır. İşim rəqib qapısının yaxınlığında dayanmaq, gözləmək və top gələndə nələrsə etməkdir”.