“Çelsi”nin futbolçusu Ris Ceyms qış transfer dönəmində klubunu dəyişə bilər.
Futbolpress.az xəbər verir ki, oyunçu meneceri tərəfindən “Barselona” və “Benfika”ya təklif olunub. Bu barədə “Football Transfers” portalı məlumat yayıb.
Ceyms İngiltərədəki sərt futboldan narahatdır. Oyunçu bu səbəbdən fiziki futbola daha az üstünlük verən ölkələri klublarına keçmək niyyətindədir.
2019-cu ildən “zadəganlar”da forma geyinən Ceyms 158 oyunda meydana çıxıb. Cinah müdafiəçisi 129 görüşü isə zədə səbəbindən buraxıb.