“Turan Tovuz”un futbolçusu bir hissə oynadı

“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Moldova millisində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda UEFA Millətlər Liqasının IV turunda Maltanın qonağı olub. Matç moldovalıların məğlubiyyəti ilə başa çatıb – 0:1.

Marandiçi oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Moldova millisi D Liqasının 2-ci qrupunda 3 oyundan sonra 6 xalla liderdir.