Ermənilər ukraynalını qovdu

Ermənistan millisində baş məşqçi Aleksandr Petrakov ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. Ukraynalı mütəxəssis UEFA Millətlər Liqasında Şimali Makedoniyaya məğlubiyyətdən (0:2) sonra qovulub.

Petrakov 2023-cü ilin yanvarından Ermənistan yığmasına rəhbərlik edirdi. Komanda onun dövründə 18 oyunda 4 qələbə qazanıb, 10 dəfə uduzub.