Bu gün UEFA Millətlər Liqasında IV tura start verilib.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
III turda Yunanıstana uduzan İngiltərə millisi bu dəfə Finlandiyaya qalib gəlib. Malta isə Moldovadan üstün olub.
Yunanıstan millisi İrlandiyanı məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazanıb. Avstriya isə Norveçi darmadağın edib.
UEFA Millətlər Liqası
B Liqası
II qrup
Finlandiya – İngiltərə 1:3
Qollar: A.Hoskonen, 87 – C.Qriliş, 18, T.Aleksander-Arnold, 74, D.Rays, 84
Yunanıstan – İrlandiya 2:0
Qol: A.Bakasetas, 48, P.Mantalos, 90+2
Xal durumu: Yunanıstan – 12, İngiltərə – 9, İrlandiya – 3, Finlandiya – 0.
III qrup
Qazaxıstan – Sloveniya 0:1
Qol: Y.Mlakar, 55
Avstriya – Norveç 5:1
Qollar: M.Arnautoviç, 8, 49 (pen.), P.Linhart, 58, S.Poş, 62, M.Qreqoriş, 71 – A.Sörlot, 39
Xal durumu: Norveç – 7, Avstriya – 7, Sloveniya – 7, Qazaxıstan – 1.
C Liqası
IV qrup
Ermənistan – Şimali Makedoniya 0:2
Qollar: B.Miovski, 72, İ.Alimi, 85
Farer Adaları – Latviya 1:1
Qollar: H.Sorensen, 40 – D.Sits, 69
Xal durumu: Şimali Makedoniya – 7, Ermənistan – 4, Latviya – 4, Farer Adaları – 3.
D Liqası
I qrup
Lixtenşteyn – Cəbəllütariq 0:0
Xal durumu: Cəbəllütariq – 5, San Marino – 3, Lixtenşteyn – 2.
II qrup
Malta – Moldova 1:0
Qol: T.Teuma, 87
Xal durumu: Moldova – 6, Malta – 6, Andorra – 0.