“Xəzər Lənkəran”ın sabiq futbolçusu “Neftçi”yə rəhbərlik edə bilər

Türkiyəli mütəxəssis Oktay Derelioğlu Azərbaycandan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə özü Türkiyə mətbuatına açıqlamasında deyib. Mütəxəssis Azərbaycanla yanaşı, Türkiyə və Makedoniya klublarından təklif aldığını bildirib. Danışıqların son mərhələsində olduğunu qeyd edən Derelioğlu yaxın zamanda yeni iş yerinin dəqiqləşəcəyini söyləyib.

Oktayla maraqlanan klub “Neftçi”dir. Roman Qriqorçukdan sonra baş məşqçi axtarışlarını davam etdirən “ağ-qaralar” Derelioğlu ilə danışıqlarını davam etdirir.

Mütəxəssis son olaraq Makedoniyada “Qostivar” klubunda işləyib. O, bundan başqa Türkiyədə “Kahramanmaraş”, “Karagümrük”, “Tokatspor”, “Amed” kimi klublara rəhbərlik edib.

Oktay futbolçu karyerasında 2004/05 mövsümündə Azərbaycanda “Xəzər Lənkəran”da forma geyinib.

Kamil Əhməd