Azərbaycan yığması Şimali İrlandiya ilə üz-üzə

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın qonağı olacaq. Matça saat 18:00-da start veriləcək.

Azərbaycan millisi F qrupunda 8 turdan sonra 3 xalla sonuncu – 6-cı sıradadır.