Klopp “Red Bull”da nə qədər qazanacaq?

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp 2025-ci ilin yanvarından “Red Bull” şirkətinin Qlobal Futbol Əməliyyatları departamentinin rəhbəri olacaq.

Futbolpress.az xəbər verir ki, Almaniya mətbuatı mütəxəssisin yeni iş yerindəki qazancını açıqlayıb. Klopp “Red Bull”da illik 10-12 milyon avro maaş alacaq.

Mütəxəssis daha əvvəl məşqçi kimi “Maynts”, Dortumd “Borussiya”sı və “Liverpul”da işləyib.