Millinin futbolçusu zədələndi – əməliyyat olunacaq

“Marsel” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisinin futbolçusu Valentin Karboni zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sol dizindən xəsarət alan 19 yaşlı yarımmüdafiəçi əməliyyat olunacaq.

Argentina yığmasının da üzvü olan Karboni yayda “İnter”dən “Marsel”ə keçib. O, Fransa klubunda 4 matçda meydana çıxıb.