“Barselona” sabiq futbolçularına hələ də pul ödəyir

“Barselona” sabiq futbolçuları Lionel Messi, Serxio Buskets və Jordi Albaya hələ də pul ödəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Ödəmələr koronavirus pandemiyası zamanı oyunçulara yaranmış borclarla əlaqədardır.

Messi 2021-ci ilin yayında “Barselona”dan ayrılaraq PSJ-yə keçib. Alba və Buskets isə ötən il klubu tərk edib. Hər üç futbolçu hazırda “İnter Mayami”də forma geyinir.