Almaniya millisinin sabiq futbolçusu Lukaş Podolski karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu özü açıqlama verib.
Son klubu “Qurnik” (Polşa) olan Podolski daha əvvəl “Köln”, “Bavariya”, “Arsenal”, “İnter”, “Qalatasaray” kimi klublarda forma geyinib.
Podolski Almaniya millisində 130 oyunda 49 qol vurub.