UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Slovakiya oyununa təyinatlar açıqlanıb.
Futbolpress.az xəbər verir ki, matçı Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rohit Saqqi olacaq. Ona yan xətt hakimləri Martin Yensen və Anders Olav Deyl kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək.
Oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start veriləcək.