AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilir (maddə 37);
“Səbail” – “Şamaxı” oyununun 63-cü dəqiqəsində “Şamaxı” komandasının 93 nömrəli futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şamaxı” komandası 500 manat cərimə edilir (maddə 36.5);
“Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);