“Liverpul”un 2025-ci ilin yayı üçün transferdə əsas hədəfləri məlum olub.
Futbolpress.az xəbər verir ki, “qırmızılar” “Sevilya”dan Luak Bade və “Sportinq”dən Qonsalo İnasionu transfer etmək istəyir. Bu barədə “Caught Offside” portalı məlumat yayıb.
“Liverpul”un skautları hər iki oyunçunu mövsümün sonuna kimi izləyəcək.
Bade bu mövsüm La Liqada 7 oyuna çıxıb. İnasio isə “Sportinq”lə 10 matçda iştirak edib.