Norveç millisinin futbolçusu Erlinq Haaland UEFA Millətlər Liqasında Sloveniyanı məğlub etdikləri oyundan (3:0) sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, görüşdə iki qol vurmaqla yığmadakı qollarının sayını 34-ə çatdıran və millinin bombardiri olan hücumçu hisslərini belə ifadə edib:
“Əlbəttə, bu, böyük nailiyyətdir. Xoşbəxt və qürurluyam. Fantastik rekord oldu. Qarşıda illərim var və oynamaqdan həzz alıram”.