Arda Ançelotti ilə münasibətindən danışdı

“Real”ın futbolçusu Arda Güler açıqlama verib.

Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətlərindən söz açıb:

“Ançelotti ilə problemim yoxdur. Bu mövsüm daha çox şans qazanıram. İndi milli komandanın düşərgəsindəyəm və yığmaya kömək etmək istəyirəm. “Real”da isə hər şey qaydasındadır”.

Daha əvvəl Ardanın az oynadığı üçün Ançelotti ilə problemlər yaşadığı iddia edilib.