Spalettidən 2:2-yə şərh

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Millətlər Liqasında Belçikaya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Bəzən oyunda elə hadisələr baş verir ki, gedişat dəyişir. Qırmızı vərəqədən sonra qol buraxdıq və nəticə ortadadır. İkinci hissədə yenidən önə keçmək imkanımız olsa da, dəyərləndirə bilmədik. Məni üzən kritik anlarda top itirməyimiz oldu. Belçika yığmasının cinahlarında keyfiyyətli oyunçular var. Onlara qarşı daha diqqətli olmalı idik.

Qapımız qarşısında çoxlu imkan verməsəm də, özümüz fürsətlərimizdən yararlana bilmədik”.