İspaniyalı hücumçu Alvaro Morata “Milan”a keçidi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, forvard “Atletiko”dan ayrılmağın düzgün qərar olduğunu deyib:
“Həqiqətən, pis anlarınız qaçılmazdır. Hər gün, hər gecə bəzi şeylərlə mübarizə aparmalı olursunuz. İspaniyadan ayrılmaq ən düzgün qərar idi. Çünki elə anlar var idi ki, dözə bilmirdim”.
Morata bu mövsüm “Milan”la 7 oyunda 2 qol vurub.