UEFA prezidenti Aleksandar Çeferin sıx təqvimdən şikayətlənən klublar və futbolçular haqda danışıb.
Futbolpress.az xəbər verir ki, sloveniyalı funksioner bunları deyib:
“Etiraf etməliyik ki, təqvim limitə çatıb, yüklənmələr çoxdur. Bunun klublara və futbolçulara təsiri var. İki ay əvvəl də demişdim, əlavə oyunlar problemlər yarada bilər.
Amma baxaq, şikayətlənən kimlərdir? Yüksək maaş alan oyunçuları və ehtiyat komandası olan klublar. 11 oyunçusu olan klublar heç şikayət etmir, çünki onlar futbol oynamaq istəyirlər, bunu sevirlər”.