Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Tallində Estoniyanın qonağı olub. Matç rəqibin qələbəsiylə başa çatıb – 3:1.
Azərbaycan yığması bundan əvvəl İsveçə (1:3) və Slovakiyaya (0:2) uduzub.
UEFA Millətlər Liqası
III tur
11 oktyabr
20:00 Estoniya – Azərbaycan 3:1
Qollar: Yakovlev, 32, Sinyavskiy, 45+3, Şeyn, 71 – Toral Bayramov, 45+1 (pen.)
Baş hakim: Rob Harvi (İrlandiya)