“Nyu-York Siti” klubunun futbolçusu Kristian Makfarleyn karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” 17 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Qvardiola rəhbərlikdən MLS klubunun futbolçusunun transfer edilməsini istəyib.
Makfarleyn həm ABŞ, həm də İngiltərə vətəndaşıdır.
Müdafiəçi bu mövsüm MLS-də 8 oyunda meydana çıxıb. Onun “transfermarkt”da dəyəri 1 milyon avrodur.