“Sabah”ın oyunçusu Avropa Kubokunun tarixinə düşdü

“Sabah”ın basketbolçusu Deandre Baldvin FIBA Avropa Kubokunun tarixinə bir oyun ərzində 39 xal toplamaqla parketdə 76 faiz dəqiqlik nümayiş etdirən dördüncü basketbolçu kimi düşüb.

Futbolpress.az xəbər verir ki, o, statistik göstəricilərə əsasən parketdə 43 effektivliyi ilə seçilib.

“Sabah” Avropa Kubokunun birinci oyununda Belçikanın “Spiru” komandasına uduzub – 81:82.