Rusiya Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, “Krasnodar”ın çalışdırıcısı Murad Musayevdir. Mütəxəssisin rəhbərlik etdiyi kollektiv ötən ay çempionatda 3 oyunda 3 qələbə qazanıb.
“Krasnodar” Premyer Liqada 11 oyundan sonra 27 xalla birinci sıradadır.
Musayev daha əvvəl Azərbaycanda 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.