“Qarabağ” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” ötən siyahı ilə müqayisədə 8 pillə geriləyib. “Atlılar” 174,75 xalla 60-cı sıradadır.

“Zirə” 95,75 xalla 201-ci pillədədir. “Qartallar” 10 sıra irəliləyib.

“Sabah” isə 17 pillə irəliləyib və 60,75 xalla 411-ci sıradadır.