Millətlər Liqası: ingilislər uduzdu, İtaliyada “sülh”

Bu gün UEFA Millətlər Liqasında III tura start verilib.

Futbolpress.az xəbər verir ki, Fransa bu turda İsraili məğlub edib. 4 qolun vurulduğu İtaliya – Belçika matçında qalib müəyyənləşməyib.

Günün sürpriz nəticəsi İngiltərədə qeydə alınıb. İngilislər burada Yunanıstana uduzub – 1:2.

UEFA Millətlər Liqası
III tur

10 oktyabr

A Liqası
II qrup

İsrail – Fransa 1:4
Qollar: O.Qandelman, 24 – E.Kamavinqa, 7, K.Nkunku, 28, M.Genduzi, 87, B.Barkola, 89

İtaliya – Belçika 2:2
Qollar: A.Kambyaso, 1, M.Retegi, 24 – M.De Kuyper, 42, L.Trossar, 61

Xal durumu: İtaliya – 7, Fransa – 6, Belçika – 4, İsrail – 0

B Liqası
II qrup

İngiltərə – Yunanıstan 1:2
Qollar: C.Bellingem, 87 – V.Pavlidis, 49, 90+4

Finlandiya – İrlandiya 1:2
Qollar: J.Pohjanpalo, 17 – L.Skels, 57, R.Bredi, 88

Xal durumu: Yunanıstan – 9, İngiltərə – 6, İrlandiya – 3, Finlandiya – 0

III qrup

Avstriya – Qazaxıstan 4:0
Qollar: K.Baumqartner, 10, P.Linhart, 53, M.Sabitser, 56, M.Sedl, 79

Norveç – Sloveniya 3:0
Qollar: E.Haaland, 7, 62, A.Sörlot, 62

Xal durumu: Norveç – 7, Avstriya – 4, Sloveniya – 4, Qazaxıstan – 1

C Liqası
IV qrup

Latviya – Şimali Makedoniya 0:3
Qollar: J.Atanasov, 35, L.Qamili, 70, E.Elmas, 90+3

Farer adaları – Ermənistan 2:2
Qollar: J.Benjaminsen, 37, J.Byartalid, 85 – L.Zelarayan, 44, Q.Manvelyan, 90+3

Xal durumu: Şimali Makedoniya – 7, Ermənistan – 4, Latviya – 3, Farer adaları – 2

D Liqası

II qrup

Moldova – Andorra 2:0
Qollar: A.İonita, 31, M.Koyokaru, 90+5

Xal durumu: Moldova – 6, Malta – 3, Andorra – 0

I qrup

Cəbəllütariq – San Marino 1:0
Qol: E.Britto, 62

Xal durumu: Cəbəllütariq – 4, San Marino – 3, Lixtenşteyn – 1