“Leypsiq”in hücumçusu “Arsenal”a keçə bilər

“Leypsiq”in futbolçusu Benjamin Sesko qış transfer dönəmində klubunu dəyişə bilər.

Futbolpress.az xəbər verir ki, sloveniyalı hücumçu “Arsenal”ın diqqət mərkəzindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. London klubu Kay Havertsin məhsuldarlığının aşağı olması səbəbindən hücuma yeni transfer etməyi düşünür.

“Topçular”ın əsas hədəfi Sesko və “Yuventus”dan Duşan Vlahoviçdir.

Sesko bu mövsüm 9 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.