“Qalatasaray”da oynayan hücumçu “Çelsi”nin hədəfində

Müqavilə ilə “Napoli”yə məxsus olan, icarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen “Çelsi”nin diqqət mərkəzindədir.

Futbolpress.az xəbər verir ki, London klubu qış transfer dönəmində oyunçunu transfer etmək variantını nəzərdən keçirir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

25 yaşlı hücumçu mövsümün əvvəlində “Napoli”dən “Qalatasaray”a bir illik keçib. O, Super Liqada 3 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.