Adı “Neftçi” ilə hallanan Viktor Qonçarenkonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis Rusiyanın “Pari NN” klubu ilə müqavilə imzalayıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qonçarenko ilə 2 illik müqavilə imzalanıb.
Daha əvvəl Roman Qriqorçuku istefaya göndərən “Neftçi”də bu posta namizədlər arasında Viktorun olduğu iddia edilirdi.