“Barselona”da oynayacağımı desəydilər, gülərdim”

“Barselona”nın yeni transferi Voyçex Şensnı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper İspaniya mətbuatına açıqlamasında Kataloniya klubuna keçidi haqda fikirlərini bölüşüb:

“Bir ay əvvəl “Barselona”da oynayacağımı desəydilər, gülərdim. Karyeramı bitirəndən sonra hansısa təklifə “hə” deyəcəyimi düşünməzdim. Amma zəng gələndə və bunların real olduğunu biləndə fərqli hisslər keçirirsiniz. Özümə sual verdim ki, “Barselona”ya “yox” deyə bilərəmmi? Cavab odur ki, xeyr. Düşünürəm ki, komandaya kömək edəcək qədər enerjim və ehtirasım var”.

Şensnı son olaraq “Yuventus”da çıxış etmişdi. O, ötən ay karyerasını bitirdiyini açıqlasa da, sonradan “Barselona” ilə müqavilə imzalayıb.