“Sumqayıt”ın legioneri milliyə çağırıldı

“Sumqayıt”ın futbolçusu Tresor Mossi Burundi yığmasına çağırılıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Tresor Mossi 10 və 13 oktyabr tarixlərində Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Burkina Faso ilə qarşılaşacaq yığmaya dəvət alıb.

Mossi bu mövsüm “Sumqayıt”la 7 oyuna çıxıb.