Yeni transferin debüt vaxtı bilindi

“Barselona”nın yeni transferi Voytsex Şensnınin debüt edəcəyi vaxt məlum olub.

Futbolpress.az xəbər verir ki, polşalı qolkiper La Liqanın X turund “Sevilya” ilə matçda şans qazana bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Baş məşqçi Hans-Diter Flik qapıçının Çempionlar Liqasında “Bavariya” ilə oyuna tam hazır olması üçün onu növbəti matçda meydana buraxacaq.

Kataloniya klubu bu ay qapıçı ilə 1 illik müqavilə imzalayıb.

“Barselona” – “Sevilya” oyunu oktyabrın 20-də keçiriləcək.