“Beşiktaş”ın zədəli futbolçusu Qabriel Paulistanın son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, Super Liqada “Qaziantep”lə oyunda (1:1) sıradan çıxan futbolçu 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Paulista bu yay “Beşiktaş”a qoşulub. 33 yaşlı müdafiəçi Super Liqada 7 oyunda 1 qol vurub.