Arda da narazı, Ançelotti də

“Real”ın futbolçusu Arda Güler klubdakı durumundan narazıdır.

Futbolpress.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi az şans qazanmasından narahatdır. Bu barədə “Diario” nəşri məlumat yayıb.

Xəbərdə baş məşqçi Karlo Ançelottinin oyunçunun çıxışından razı olmadığı bildirilib. Arda isə oyun praktikasının azlığı səbəbindən mütəxəssisdən narazıdır. Vəziyyət belə davam etsə, Arda qışda klubu tərk edə bilər.

Arda Güler bu mövsüm 10 oyunda 291 dəqiqə şans qazanıb.