Azərbaycan yığmasından “qol yağışı”

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, yığma Hindistandan olan həmyaşıdları ilə qarşılaşıb. Matç millinin böyük hesablı qələbəsiylə başa çatıb – 16:0.

Azərbaycan yığması ilk matçda Serbiya millisinə uduzub – 1:5. Qrupdakı son matç sabah Çexiyaya qarşı olacaq.